Peskov: “Putin və Paşinyan Ermənistanın KTMT-də iştirakının bərpasını müzakirə etməyiblər”

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan son telefon danışığında respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının bərpası məsələsini müzakirə etməyiblər.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Xeyr, prezidentlə baş nazirin son telefon danışığında bu mövzu müzakirə olunmayıb”, – deyə Peskov müvafiq suala cavab olaraq qeyd edib. Putin və Paşinyanın son telefon danışığı yanvarın 17-də olub.

Həmçinin RF-nin baş naziri bildirib ki, Ermənistan hələ də KTMT-dən çıxmaq niyyətini bəyan etməyib.

Xatırladaq ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) öz hesabatında 2024-cü ildə İrəvanın KTMT-nin işində iştirakının dondurulmasına səbəb olan əsasların bu il aradan qalxmasını az ehtimal edib.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More