Tramp fərman imzaladı: “Ənsar Allah” ABŞ-də terror təşkilatı kimi tanınacaq

ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” hərəkatını (husilər) terror təşkilatı kimi tanımağa imkan verəcək fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Husilər ABŞ-nin Yaxın Şərqdəki mülki əhalisini və personalının təhlükəsizliyini, ən yaxın regional tərəfdaşlarımızın təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhdid edirlər”, – Ağ Evin yaydığı sənəddə qeyd olunur.

Fərmana əsasən, ABŞ-nin dövlət katibi “Ənsar Allah”ın xarici terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı 30 gün ərzində Milli Təhlükəsizlik Şurası vasitəsilə prezidentə hesabat təqdim etməlidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More