Almaniyanın futbol üzrə millisinin baş məşqçisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.
Naqelsmannla 2028-ci ilə qədər müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb.