Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası”nın iddialarına CAVAB VERDİ

Analitik Ekspertiza Mərkəzi (AEM) “Laser Beauty Estetik Klinikası” MMC-nin aparılan yoxlama ilə bağlı irəli sürdüyü iddialara cavab verib.

Oxu.Az xəbər verir ki, klinika rəhbərliyinin iddialarından biri, soyuducunun temperaturunun qeydə alınmasının səbəbini sual edərək, “Soyuducunun dərəcəsini niyə ölçməliyik, əgər orada buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa?” deməsi olub. AEM cavabında bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli qərarına əsasən, dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri gündə bir dəfə qeydə alınmalıdır. Bu məlumatlar müvafiq qeydiyyat vərəqəsində qeyd edilməlidir və həmin vərəq klinikanın direktoru Yeganə Səlim qızı Cəfərovaya təqdim edilib.

Digər bir iddia isə, stomatoloji otaqda cərrahi prosedurun həyata keçirilməməsi ilə bağlı olub. Klinikada “cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazə olmadan bu fəaliyyətin aparıldığı aşkarlanıb. AEM-in cavabına görə, klinikada qanunsuz olaraq cərrahi stomatoloji alətlər və avadanlıqlar tapılıb, həmçinin həkimlər və diş texnikinin sənədləri də uyğun deyildi. AEM bu məsələ ilə bağlı qanunazidd fəaliyyətləri qeyd edib və tibbi qeydiyyat sənədlərinin düzgün aparılmaması ilə əlaqədar klinika rəhbərliyini xəbərdar edib.

Üçüncü iddia, klinikada lazer epilyasiyası və digər SMM işlərini aparan işçilərin tibb bacısı olmamaları ilə bağlı olub. AEM cavabında qeyd edib ki, klinikada qeyri-tibb personalının şəxsi işləri yoxlanılmadığı üçün bu məsələyə aydınlıq gətirilə bilməyib. Eyni zamanda, yoxlama zamanı qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamaların aparılacağı izah edilib.

Klinikanın rəhbərliyi, yoxlama zamanı “absurd” nöqsanlarla bağlı narazılıq bildirərək, emosional reaksiya verdiklərini qeyd edib. AEM isə dövlət qurumunun əməkdaşlarının vəzifə borclarını yerinə yetirərkən baş həkimin etik davranış qaydalarına riayət etməli olduğunu vurğulayıb.

AEM bildirib ki, klinika rəhbərliyi, əgər hər hansı bir qanun pozuntusu aşkarlanarsa, aidiyyəti dövlət qurumlarına müraciət edə bilər.

“Klinikamız səkkiz ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurddur”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanova deyib.

“Bildirirlər ki, soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm? Biz burada kosmetoloji prosedurlar həyata keçiririk. Klinikada təmizliyə, səliqəyə fikir veririk, çalışırıq ki, buraya gələn xanımlar razı qalsınlar. Hər otaqda soyuducu var. Preparatları dolablarda saxlayırıq, çünki soyuducuda dona bilər. Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?”

Rəna Soltanova deyib ki, klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi bildirilib:

“Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin “Instagram” üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz”.

Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

“Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər”.

“Laser Beauty Estetik Klinikası”ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.

Bu barədə Oxu.Az-a açıqlama verən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini bildirib.

“Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək”, – deyə o bildirib.

Aləmdə Nəsib

“Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən bu il yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmadığı məlum olub:

“Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.

Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.

Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub”.

Məlumatda bildirilib ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib:

“Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür”.

Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası”nın iddialarına CAVAB VERDİ





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More