“BP-Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
“Bu, tamamilə yeni kompressor platforması olacaq və “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub”, – deyə T.Bayatlı qeyd edib.