Diskvalifikasiya olunan futzalçı: “25 ildir oynayıram, belə hakim ədalətsizliyi görməmişdim”

“25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçdan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunan “Star Kargo”nun futzalçısı Qərib İbrahimov deyib.

36 yaşlı oyunçu hakimlərin həmin görüşdə ədalətsiz qərarlar verdiyini söyləyib:

“Hakimlər oyunu idarə edə bilmirdilər. Onsuz da klublar arasında səviyyə fərqi böyükdür. Rəqibin aşkar üstün olduğu görünürdü. Sadəcə, biz danışanda oyunçularımıza sarı vərəqə göstərirdilər. Ancaq hakimlərin üstünə qışqırmalarına baxmayaraq, rəqib komandaya heç nə deyilmirdi. Hakimlərin rəqibə simpatiya göstərdiyi görünürdü. Mən haqsızlığı qəbul etməyən insanam. Belə halları görəndə etirazımı bildirirəm, elə buna görə də, hər yerdə qırmızı vərəqə alıram. Hakimə etirazımı bildirdim ki, olmayan cərimə zərbəsini qeydə alırsan. Nəticədə, qırmızı vərəqə gördüm, əsəbiləşdim və artıq ifadələr işlədim. 25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim. Gözlərinin qarşısında baş verən qayda pozuntularını görmürlər. Mən də haqsızlıq görəndə aqressivləşirəm”.

Q.İbrahimov daha futzala qayıtmayacağını da əlavə edib:

“Daha futzala qayıtmayacağam. Hazırda I Liqada çıxış edən “Baku Sportinq”dəyəm. Bu “Star Kargo”da sonuncu oyunum idi”.

Qeyd edək ki, “Neftçi” İK – “Star Kargo” matçı birincilərin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Q.İbrahimovun cəzalanmasına matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More