Ermənistan Milli Məclisinin Avrointeqrasiya üzrə komissiyası Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.
Oxu.Az bu barədə Ermənistan mediasına istinadla xəbər verib.
Bildirilir ki, təsdiqdən əvvəl qızğın müzakirələr aparılıb.
Profil komissiyası tərəfindən təsdiqlənəndən sonra sənəd plenar iclasda müzakirə olunacaq.
Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qanun layihəsini nəzərdən keçirəcək .
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
Onun sözlərinə görə, layihə növbəti parlament sessiyasında müzakirə ediləcək.
“Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin 11-14 fevral sessiyası zamanı parlamentin gündəliyinə daxil edilməsi gözlənilir”, – deyə o bildirib.