Felipe Melo 41 yaşında futbolçu karyerasını bitirib

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo karyerasını bitirməyə qərar verib.

Oxu.Az “Championat”a istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi social şəbəkə hesabında məlumat verib.

Onun çıxış etdiyi son klub Braziliyanın “Fluminense” klubu olub.

“Bu gün həyatımın ən önəmli bölümlərindən birini – futbolçu karyeramı sonlandırıram. İllər ərzində mübarizə və zəfərlə dolu inanılmaz anlar yaşadım. Yaşadığım hər şey, hər an Tanrının əli ilə yönləndirildi və sevdiyim işlə məşğul ola bildiyim üçün ona sonsuz dərəcədə minnətdaram.

Oynadığım bütün klublara, bu yolda enerji qaynağım olan azarkeşlərə, komanda yoldaşlarıma, karyeramda iz buraxan hər kəsə, mənə hər zaman inanan ailəmə və Tanrıya təşəkkür edirəm”, – 41 yaşlı Melo sosial şəbəkə hesabında vida paylaşımı edib.

Qeyd edək ki, Melo “Flamenqo”, “Qremio”, “Kruzeyro”, “Malyorka”, “Rasinq”, “Almeriya”, “Fiorentina”, “Qalatasaray”, “Yuventus”, “İnter”, “Palmeyras” və “Fluminense” klublarının formasını geyinib. O həmçinin Braziliya millisinin də şərəfini qoruyub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More