HƏMAS İsrailə girovların siyahısını verdi

Fələstinin HƏMAS hərəkatı İsrail tərəfinə şənbə günü azad edilməli olan girovların siyahısını verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələrində xidmət edən və Qəzza zolağında girov saxlanılan dörd qadın əsgər azad ediləcək.

“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq biz yanvarın 25-də əsgərlər Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etmək qərarına gəldik”, – HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubayda “Telegram” kanalında yazıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More