İlin əvvəlindən Ukraynanın Rusiyaya ən böyük dron hücumu: Neft emalı zavodu ərazisində yanğın

Rusiyada yerli sakinlər Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumundan sonra Ryazan şəhərində istilik elektrik stansiyası və neft emalı zavodu ərazisində yanğın baş verdiyini bildiriblər.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ukraynaya məxsus pilotsuz təyyarələrdən birinin dağıntılarının düşməsi nəticəsində şəhərdə fərdi yaşayış evi yanıb.

Ryazan vilayətinin qubernatoru Pavel Malkovun sözlərinə görə, hava hücumundan müdafiə və radioelektron döyüş vasitələri Ryazan vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələri məhv edib. Malkov hava hücumunun nəticələrinin aradan qaldırılmasının davam etdiyini bildirib.

Rusiya KİV qeyd edir ki, ötən gecə Ukraynanın ilin əvvəlindən bəri Rusiyaya ən böyük dron hücumu olub, 121 pilotsuz təyyarə vurulub. Ən çox dron Bryansk (37), Ryazan (20), Kursk və Saratov (hər biri 17) vilayətləri üzərində məhv edilib. Altı pilotsuz təyyarə Moskva vilayətində, biri Moskva şəhəri üzərində vurulub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More