Türkiyədə sərnişin avtobusu yük maşınına çırpıldı: Ölənlərin və yaralananların sayı artdı

Türkiyənin Konya şəhərində, Konya-Afyonkarahisar magistral yolunun İlgın rayonu yaxınlığında baş verən dəhşətli qəzada ölən və yaralananların sayı artıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Konya valiliyindən məlumat verilib.

Məlumata görə, sərnişin avtobusunun park halındakı yük maşınına arxadan çırpılması nəticəsində üç nəfər ölüb, 33 nəfər yaralanıb.

Türkiyənin Konya şəhərinin İlgın rayonunda sərnişin avtobusu park halındakı yük maşınına, yük maşını da qarşısında dayanmış TIR-a çırpılıb.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində avtobusda olan 35 sərnişindən iki nəfər ölüb, 24 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarm, sağlamlıq və xilasetmə qrupları cəlb edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More