Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı F.Əlizadə 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More