Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu

Avstraliyanın Melburn şəhərinin kortlarında baş tutan tennisçilər arasında mövsümün ilk “Böyük Dəbilqə” (BD) turnirinin qadınlar arasında qalibi məlum olub.

Oxu.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya Açıq Çempionatının final görüşündə dünyanın birincisi Arina Sobolenko (Belarus) turnirin 19-cu raketkası Medison Kizlə (ABŞ) üz-üzə gəlib.

Əfsanəvi Rod Leyverin adını daşıyan mərkəzi kortda baş tutan görüş Kizin 3 setdə qələbəsi ilə başa çatıb – 2:1 (6:3, 2:6, 7:5). Beləliklə, 29 yaşlı tennisçi karyerasında ilk BD Kubokunu qazanıb.

Qeyd edək ki, Sobolenko Melburnda əvvəlki iki turnirin qalibi olmuşdu və ardıcıl 3-cü qələbəsinə çox yaxın olub.

Xatırladaq ki, turnirin kişi raketka ustaları arasında final görüşü sabah baş tutacaq. Turnirin son qarşıdurmasında dünya reytinqinin ilk iki tennisçisi – italiyalı Yannik Sinner və almaniyalı Aleksandr Zveryev üz-üzə gələcəklər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More