Husilər BMT əməkdaşlarını girov götürüblər

Yəmənin şimalında hakim olan “Ənsar Allah” (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

Oxu.Az “The New Arab”a istinadən xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatında bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

“BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər”, – bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More