Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub

Rusiyalı döyüşçü Viktoriya Dudakova UFC (Mütləq Döyüş Çempionatı) yarışlarından kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə RBC agentliyi məlumat yayıb.

Belə ki, bir neçə gün əvvəl V.Dudakova ikinci raundda amerikalı Fatima Kleynə texniki nokautla məğlub olub. Bu, onun UFC-də ardıcıl ikinci məğlubiyyətidir.

Döyüş başa çatdıqdan sonra rusiyalı ona yaxınlaşaraq təsəlli vermək istəyən məşqçisi Həsənəli Həsənəliyevə şillə vurub.

Bir neçə gün sonra V.Dudakova etdiyi hərəkətə görə üzr istəsə də, UFC onun yol verdiyi davranışı qəbuledilməz sayaraq, rusiyalı idmançını yarışlardan kənarlaşdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More