Tramp: “Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası yaxşı gedir”

“Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası davam edir. İlk növbədə, qatı cinayətkarlar ölkədən çıxarılır”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Prezident Donald Tramp jurnalistlərə müsahibəsində deyib.

“Deportasiya çox yaxşı gedir. Biz dəhşətli, qatı cinayətkarlardan qurtuluruq. Onlar qatillərdir, insanların ən pisi. Biz əvvəlcə onlardan qurtuluruq”, – Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə fəlakətli hücumunu dəf etmək üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More