Türkiyə Superliqası: “Qalatasaray” qalib gəldi, qapıçısı rekord vurdu

Türkiyə Superliqasının 21-ci turunda lider “Qalatasaray” “Konyaspor”u sınağa çəkib.

Oxu.Az xəbər verir ki, matç gözlənildiyi kimi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Osimhen penaltidən vurub – 1:0.

Qarşılaşmada “cim-bom”un qapısını qoruyan uruqvaylı qolkiper Fernando Muslera rekorda imza atıb. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı “Qalatasaray”da ən çox oyun keçirən futbolçu adını qazanıb.

Hazırda “aslanlar” 54 xalla yarış cədvəlinə başçılıq edirlər. Konya təmsilçisi isə 21 xalla 14-cü sırada qərarlaşıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More