Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

Oxu.Az Ağırlıqqaldırma Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə körpücük üzərinə qadın idmançılar çıxıb.

İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədimova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan və yanvarın 25-də start verilən yarışa bu gün yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More