Alman mühəndis 120 gün su altında qalaraq yeni rekorda imza atıb

Alman mühəndis Rudiger Kox Panama sahillərində 120 gün xüsusi kapsulda yaşayaraq (xüsusi sualtı sığınacaq – red), ən uzun müddət su altında qalma rekorduna imza atıb.

Oxu.Az bu barədə “France Presse” agentliyinə istinadən xəbər verib.

Belə ki, çarpayı, tualet və televizoru olan kapsul 11 ​​metr dərinlikdə yerləşib.

Kapsulda elektrik enerjisi günəş panelləri vasitəsi ilə istehsal edilib, bundan başqa mühəndisin ehtiyat generatoru da olub.

R.Kox yalnız ərzaqla təmin edilib.

Məlumat üçün əlavə edək ki, əvvəlki rekord 100 gün su altında qalan amerikalı Cozef Dituriyə məxsus olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More