Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar

Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançılar Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.

Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadir Hüseynov gümüş, İbrahim Əliyev (hər ikisi 73 kq) isə bürünc medala sahib çıxıb.

İmran Yusifov (+100 kq) isə gümüş mükafat qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More