Kolumbiya ABŞ-dən deportasiya olunan vətəndaşlarını qəbul etməyib

Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan təyyarələrin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-də onlara layiqli rəftar qaydaları olmalıdır, – o bildirib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More