Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: “Onlar müstəqilliyimizin əsasını qoydular”

Sovet Ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınlar 5 gün sonra Lənkəranın Haftoni meşələrində təkrarlanıb. Dinc sakinlər qanına qəltan edilib.

Şəhid Salman Baxşıyevin qızı Nəzakət Baxşıyeva həmin hadisələri belə xatırlayır:

“20 Yanvar hadisələri baş verəndə 12 yaşım var idi. Atam günlərdir evə gəlmirdi. Onlar Azadlıq meydanında yığışırdılar. Yanvarın 24-də atam evə gəldi. Böyük bacımla getməsin deyə yalvardıq. Axırıncı dəfə “Mən getməyim, o getməsin, bəs kim getsin, qızım? Darıxma, biz azad, müstəqil olacağıq” dedi. Bu sözlər hələ də qulağımdan getmir. Onlar dağlara çəkildilər ki, şəhərdə bu hadisələr baş verməsin, camaat qırılmasın. Azərbaycan şəhid adını onlarla tanıdı. Onlar müstəqilliyimizin əsasını qoydular”.

Qeyd edək ki, ümumilikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i lənkəranlı idi. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı isə 26 Yanvar hadisələri zamanı həlak olub.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: “Onlar müstəqilliyimizin əsasını qoydular”





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More