ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evdəki həyatı haqqında sənədli film çəkmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Nəşrin məlumatına görə, ABŞ liderinin həyat yoldaşı baş verən hadisələri lentə alacaq çəkiliş qrupu ilə birlikdə Ağ Evə köçüb.
Qeyd olunur ki, indiyədək heç bir birinci xanım belə addım atmayıb. Sənədli film üzərində iş 2024-cü ilin noyabrında, Trampın seçki kampaniyasının son mərhələsində başlayıb.
Filmin 2025-ci ildə “Amazon Prime” yayım platformasında nümayişi gözlənilir. Xidmət yayım hüquqlarını 40 milyon dollara əldə edib ki, bunun da böyük hissəsi prodüser kimi fəaliyyət göstərən Melaniya Trampa ödəniləcək.