Trampdan iddialı çıxış: “Yaxın gələcəkdə ölkəmizin ərazisi əhəmiyyətli dərəcədə böyüyə bilər”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ölkəsinin ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə böyüyəcək.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı bəyan edib.

“Yaxın gələcəkdə ölkəmiz əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik”, – deyə prezident bildirib.

O, bunun necə baş verə biləcəyini izah etməyib.

Qeyd edək ki, ABŞ-nin yeni lideri əvvəllər dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasını dəstəkləyib və bu halda ona hərbi və digər üstünlüklər vəd edib.

Kanada hakimiyyəti bunun heç vaxt baş verməyəcəyini bildirib.

Tramp həmçinin vurğulayıb ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. O, əgər Danimarka adadan imtina etməsə, ona qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Tramp hələ ilk prezidentlik müddətində Qrenlandiyanı almağı təklif edib. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd edib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More