İran çempionatının “Traktor” – “Persepolis” matçında dava düşdü, 32 nəfər yaralandı

İran çempionatının 17-ci turunda keçirilən “Persepolis” – “Traktor” matçında (2:0) insident baş verib.

Oxu.Az xəbər verir ki, iki komandanın azarkeşləri arasından toqquşma yaşanıb. Buna səbəb ev sahibi fanatlarının Təbrizdən gələn azarkeşlərin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi olub.

Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan xəstəxanaya aparılıblar.

Qeyd edək ki, məğlubiyyət nəticəsində “Traktor” liderliyi itirib. Təbriz təmsilçisi 35 xalla ikinci sırada qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More