Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb

Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.

Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:

“Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan “Monnaie de Paris” ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq “Monnaie de Paris” tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq”.

BOK tərəfindən məsələ üzrə Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:

“Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və “Monnaie de Paris” tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir”.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Boksçu Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançının medalı keyfiyyətini itirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More