“Sabah” heyətini özbəkistanlı futbolçu ilə gücləndirməyə hazırlaşır

“Sabah” heyətini özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyevlə gücləndirməyə hazırlaşır.

Oxu.Az “Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, Elvin Camalovun “Neftçi”yə keçidindən sonra dayaq yarımmüdafiəçisi axtarışına başlayan paytaxt təmsilçisi “Rubin”də çıxış edən Rahmonaliyevlə bu boşluğu dolduracaq.

21 yaşlı oyunçu Rusiya klubundan birillik icarəyə götürüləcək.

“Rubin”lə müqaviləsi gələn ilin yayına qədər olan Umarali Rahmonaliyev Rusiya klubunun əsas komandasında 7 oyun keçirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More