Busan hava limanında təyyarə yanıb

Cənubi Koreyanın Busan şəhərindəki “Kimhe” hava limanında təyyarə alovlanıb, bütün sərnişinlər operativ şəkildə təxliyə ediliblər, heç kim xəsarət almayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Yanvarın 28-də saat 22:30-da (Bakı vaxtı ilə 17:30-red.) “Kimhe” hava limanında Honq-Konqa uçan “Air Busan” təyyarəsinin quyruq hissəsi yanıb. Nəticədə, 170-dən çox sərnişin təcili olaraq təyyarəni tərk edib. Məlumata görə, xəsarət alan olmayıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, yanğınsöndürənlər çağırışdan dərhal sonra hadisə yerinə gəlib. Yanğınsöndürmə işləri davam edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More