“Haber Global”: Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər

Sabah, yanvarın 29-da Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, üçtərəfli görüş barədə “Haber Global” televiziya kanalında süjet yayımlanıb.

Məlumatda qeyd olunur ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildirlər.

Süjetdə qeyd olunur ki, görüşün gündəliyinə xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Həmçinin üç ölkənin rəsmi şəxsləri birgə fəaliyyət planının həyata keçirilməsi ilə bağlı Yol Xəritəsini razılaşdıracaqlar.

“Haber Global”: Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More