Hokkeysevərlərə ŞAD XƏBƏR – Dünya Kuboku bərpa edilir

Hokkeydə Dünya Kuboku bərpa olunur.

Oxu.Az xəbər verir ki, yarışın 2028-ci ildə keçirilməsi planlaşdırılır.

NHL və hokkeyçilərin həmkarlar ittifaqı Dünya Kubokunu Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) iştirakı olmadan təşkil etmək niyyətindədirlər.

Gələn ay keçiriləcək “4 Nations Face-Off” zamanı Dünya Kubokunun bərpasının rəsmən açıqlanacağı gözlənilir. Kanada, ABŞ, İsveç və Finlandiya komandalarının iştirak edəcəyi sözügedən yarış isə fevralın 12-20-də Monreal və Bostonda olacaq.

Jurnalist Darren Drener bildirib ki, NHL və hokkeyçilərin həmkarlar ittifaqı IIHF-yə Dünya Kubokunu onun iştirakı olmadan keçirməyi planlaşdırdıqları barədə məlumat veriblər.

Qeyd edək ki, Dünya Kuboku sonuncusu 2016-cı ildə olmaqla üç dəfə keçirilib. Axırıncı turnirdə 8 iştirakçı olub (6 milli və 2 birləşmiş komanda) və finalda Avropa komandasına qalib gələn Kanada millisi çempionluğu qazanıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More