TƏBİB: “İsmayıllıda yeni doğulan körpə bir gün sonra ölüb”

“İsmayıllıda doğuş zamanı körpə ölümü ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd olunub ki, yanvarın 23-də İsmayıllı rayon sakini 29 yaşlı N.Həkimova hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə müraciət edib:

“Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 santimetr olan oğlan uşağı dünyaya gəlib.

Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin yanvarın 24-də yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More