Türkiyənin Samsun şəhərində yük gəmisində başlayan güclü yanğın iki saat yarımdan sonra nəzarət alına alınıb.
Oxu.Az bu barədə Samsun Böyükşəhər Bələdiyyəsinin Xilasetmə İdarəsinin rəisi Ertan Özcan məlumat verib.
“Yanğın nəticəsində heç kim zərər çəkməyib” – deyə E. Özcan vurğulayıb.
Türkiyənin Samsun şəhərində yük gəmisində yanğın başlayıb.
Oxu.Az bu barədə “TRT Haber”ə istinadən məlumat yayıb.
Bildirilib ki, yanğın başlayarkən gəminin göyərtəsində 33 heyət işçisi olub. Onların hamısı dərhal gəmidən çıxarılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.