Baku TV 19 saylı Nərimanov I seçki dairəsinin 35 saylı seçki məntəqəsindəki səsvermə prosesi barədə son məlumatları izləyicilərin diqqətinə çatdırıb.
Qeyd edilib ki, səsvermənin şəffaf keçməsi üçün lazımi şərait yaradılıb.
Məntəqə sədri Şəhla Mirbağırova bildirib ki, bələdiyyə seçkisinə tam hazırdırlar:
“Siyahıda 1 475 seçicinin adı var. İnanıram ki, seçicilər səsvermədə iştirak edərək öz səslərini istədikləri namizədlərə verəcəklər”.
Daha ətraflı videomaterialda: