ABŞ Prezidenti Donald Tramp 19 yaşına çatmamış şəxslərdə cinsiyyət dəyişdirmə əməliyyatlarını qadağan edən fərman imzalayıb. Bu sənəd tibb işçilərinin uşaqları şikəst və sterilizə etməsi kimi “təhlükəli tendensiyanın” qarşısını almağa yönəlib.
Fərmanda qeyd olunur ki, ABŞ bundan sonra uşağın bir cinsdən digərinə keçidini maliyyələşdirməyəcək, sponsorluq, təşviq və kömək etməyəcək, yaxud dəstəkləməyəcək. Hakimiyyət bu dağıdıcı və həyatı dəyişdirən prosedurları qadağan edən və ya məhdudlaşdıran bütün qanunlara ciddi şəkildə riayət etmək niyyətindədir.
Sənəd blokatorların, cinsiyyət hormonlarının və insanın xarici görünüşünü öz cinsindən fərqli olan identikliyə uyğunlaşdırmaq üçün cərrahi əməliyyatların istifadəsini qadağan edir. Fərmanın tələblərinin yerinə yetirilməsinə nəzarət ABŞ Ədliyyə Nazirliyinə həvalə edilib.
Əvvəllər Kaliforniya və Nyu-York kimi bəzi ştatlarda valideynlərin və ya qəyyumların razılığı ilə belə əməliyyatların aparılmasına icazə verilirdi. Lakin bir çox ekspertlər nəticələrin dönməzliyini və uşaqlarda psixoloji travmaları qeyd edirdilər. Statistikaya görə, transgender yeniyetmələrin təxminən 80%-i sonradan cinsiyyət dəyişdirməyə görə peşmançılıq çəkir.