Dağıstanlı bloqer alüminium bankalardan hazırlanmış manekeni sükan arxasına əyləşdirdi

Rusiyanın Dağıstan Respublikasında yaşayan bloqer Şamil Kərimov hazırladığı prankla digər sürücülərin həyatını təhlükə altına atıb.

Oxu.Az xəbər verir ki, video sosial şəbəkədə paylaşıb.

Bloqer alüminium bankalardan hazırlanmış manekeni sükan arxasında oturdaraq avtomobili işə salıb.

Avtomobil bir neçə metr irəliləyəndən sonra vəziyyətdən xəbərsiz olan yol polisi əməkdaşı “Saxla” əmri versə də, avtomobil dayanmır və digər hərəkət iştirakçılarının həyatına da təhlükə törədir.

Bloqer isə kənardan soyuqqanlı şəkildə baş verənləri izləyir və hadisəni telefona çəkir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More