Əhməd əş-Şaraa Suriyanın prezidenti elan edilib

Suriyanın yeni rəhbəri Əhməd əş-Şaraa keçid dövründə ölkə prezidenti vəzifəsini icra edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.

Suriyanın yeni hakimiyyət orqanları 2012-ci ildə qəbul edilmiş konstitusiyanın bütün düzəlişləri ilə birlikdə ləğv edilməsinə qərar verib.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb. Dekabrın 10-da İdlib vilayətində “xilas hökuməti”nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More