İsveç xarici ölkələrin həbsxanalarında kirayə yerlər axtarır

İsveç Krallığının penitensiar müəssisələrində yer çatışmazlığı səbəbindən ölkə həbsxana yerlərinin xaricdə icarəyə götürülməsi imkanlarını araşdırır.

Oxu.Az “Aftonbladet” qəzetinə istinadən xəbər verir ki, bunu İsveçin ədliyyə naziri Qunnar Strömmer deyib.

“Biz bu məsələdə açıq olan ölkələrlə həbsxana sahəsinin icarəyə verilməsi imkanlarını araşdırırıq, müzakirələr hələ də davam edir”, – deyə nazir bildirib.

Nazir konkret hansı ölkələrin nəzərdən keçirildiyini açıqlamayıb. Ədliyyə Nazirliyinin işçi qrupunun hesabatına görə, İsveç qanunvericiliyinə əsasən, məhkumların xaricdəki cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi üçün heç bir maneə yoxdur. Lakin bu, yetkinlik yaşına çatmayanlara, terror cinayətlərində təqsirli bilinənlərə və ya məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş şəxslərə şamil edilməyəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More