“Bələdiyyə seçkisi kifayət qədər şəffaf keçib”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bələdiyyə seçkisi qanunvericiliyin tələblərinə uyğun baş tutub.
“Seçki ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi şikayət daxil olmayıb. Qaynar xəttə 35-ə yaxın müraciət daxil olub. Bunlar da sorğu, məlumat almaq xarakterli olub. İndiyə qədər seçki prosesini izləyən müşahidəçilərin rəyi müsbətdir. Ümid edirik, bundan sonra da müsbət rəylər alacağıq”.
Aləmdə Nəsib