Nəvəsi qəzaya düşdüyünə görə sirkə turşusu içən nənə ÖLDÜ

Mingəçevirdə nəvəsinin yol-nəqliyyat hadisəsində xəsarət aldığını öyrənən nənə intihar edib.

Oxu.Az “Unikal”a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Mingəçevirdə yerləşən Kəlbəcər rayon məktəbinin 8-ci sinif şagirdi – 2010-cu il təvəllüdlü Amil Habil oğlu Rzayevi maşın vurub. Xəbəri eşidən 1961-ci il təvəllüdlü nənə Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içib.

Yerli xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra paytaxta aparılan qadın yolda keçinib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More