Qurban Qurbanov: “Pley-off şansımız qalmasa da, “Olimpiakos”la oyuna ciddi yanaşırıq”

“Pley-offa vəsiqə şansımızı itirsək də, oyuna ciddi yanaşırıq. Matça yaxşı hazırlaşmışıq”.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstan mətbuatına açıqlamasında deyib.

UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə “Olimpiakos”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 53 yaşlı mütəxəssis rəqibin əla komanda olduğunu bildirib: “Ötən il Konfrans Liqasının qalibi olublar. Bunun özü komanda haqqında hər şeyi deyir. “Olimpiakos” çox sürətli futbol oynayan və yaxşı məşqçisi olan kollektivdir. Yəqin ki, turnirin ən sürətli komandalarından biridir”.

O, komandanın daxilində stres olmadığını vurğulayıb: “Əksinə, bu matçdan yaxşı nəsə qazanmaq şansımız var. Psixoloji cəhətdən hazırıq və şübhəsiz ki, əvvəlki oyunlarımızla müqayisədə daha yaxşısını edə bilərik”.

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More