Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 18 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə CBS televiziyası polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, son məlumata görə, Potomak çayından 18 nəfərin meyiti çıxarılıb. Ümumilikdə sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub.
Polis Reyqan Milli Hava Limanı yaxınlığında hərbi helikopterlə toqquşan təyyarənin göyərtəsində olmuş şəxslərin bir neçəsinin cəsədini Potomak çayından çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Hazırda xilasedicilər Potomak çayında təyyarə və onunla toqquşmuş helikopterdə olan şəxslərin axtarışını aparırlar.
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
Bildirilib ki, sərnişin təyyarəsi hərbi helikopterlə toqquşaraq Potomak çayına düşüb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
İnsan itkisi və xəsarət alanlar barədə dəqiq məlumat hələ yoxdur.
Artıq ABŞ Prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.