AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb

AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırılıb.

Bildirilib ki, son klubu “Şamaxı” olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Həmçinin I Liqada “Mingəçevir”də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More