Azərbaycan və Ermənistan arasında tranzit prosedurları sadələşdirilə bilər

“Ermənistan kommunikasiyaların bərpasından sonra Azərbaycanla sadələşdirilmiş tranzit prosedurlarının tətbiqini müzakirə etməyə hazırdır”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə İrəvanda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

“Biz görürük ki, kommunikasiyaların bərpası halında həm bizim, həm də Azərbaycanın qazanacağı sadələşdirilmiş prosedurlar ola bilər”, – deyə erməni nazir qeyd edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More