Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib

Türkiyənin ölkəmizdəki sabiq səfiri Cahit Bağcı Azərbaycanla bağlı təsirli vida paylaşımı edib.

Oxu.Az-ın xəbərinə görə, Cahit Bağcı öz “X” hesabında ürək sözlərini dilə gətirib:

“Əlvida, xeyriyyə təşkilatının himayədarı,

Kasıbın, yetimin, şəhid yaxınının və xəstənin əli, dostu olan adam Zeynalabdin Tağıyev!

Əlvida, dənizin və Xəzərin bəzəyi qağayılar!

Əlvida, Şəhriyarın tarı,

Alim Qasımovun muğamı…

Birlikdə çörək kəsdiyim, çay içdiyim dostlarım, sizə də əlvida!

Sizə xoşbəxtlik və gözəl günlər arzulayıram! Duz və çörək haqqı adına haqlarınızı halal edin.

Uca Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daimi etsin.

Allahın bütün yaxşı bəndələrinə salam olsun.

Əlvida, əziz dostlar,

Əlvida, can Azərbaycan!”



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More