Fransa ordusu Çaddakı son hərbi bazasını tərk edərək, ölkə rəhbərliyinə təhvil verib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, fransız əsgərləri Çadda Fransanın son hərbi obyekti olan Ncamena bazasını tərk edib. Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması deməkdir.
Fevralın 1-də Fransa hərbçilərinin Afrika dövlətini tərk etməsi ilə bağlı Çadda rəsmi mərasim keçiriləcək.
Qeyd edək ki, ötən ilin dekabrında Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad rəhbərliyi fransız qoşunlarının 2025-ci il yanvarın 31-dək ölkəni tərk etmələrini tələb edib.