Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.
Oxu.Az “Report”a istinadən məlumat verir ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri – 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.
Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralananlar var.
Oxu.Az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Hazırda əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.