Məzahir Pənahov: “Bütün dairələrdə səsvermə normal keçib”

“Bütün dairələrdə seçki normal keçib, Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisinin ilkin nəticələrinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bütün məntəqələr vaxtında açılıb və seçicilər sərbəst səs verdikdən sonra seçkiyə yekun vurulub.

MSK sədri deyib ki, protokolları daxil olmuş 4 872 seçki məntəqəsi üzrə 1 589 187 nəfər səs verib.

“İlkin məlumata görə, lider namizədlərin sayı 7 791 nəfərdir”.

Aləmdə Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More