MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri polkovnik Rəhim Laçınov ev dustaqlığına buraxılıblar.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.

Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvətalma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham olunmuşdular.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More