Paşinyan: “İrəvan Bakı ilə sülh gündəliyi üzrə səyləri davam etdirəcək”

Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə bildirib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.

O həmçinin bildirib ki, bugünkü danışıqlarda Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More