Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq

ABŞ Prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minə qədər qeyri-qanuni miqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Quantanamo həbsxanasında 30 min nəfərlik yerin hazırlanması ilə bağlı sərəncam imzalayacağam. Çox insanın bununla bağlı heç bir məlumatı yoxdur. Bizim məqsədimiz amerikalıları təhdid edən qeyri-qanuni miqrantlar arasında ən təhlükəli cinayətkarları saxlayacaq bir yer hazırlamaqdır. Quantanamoda bunun üçün uyğun yerimiz var” , – ABŞ lideri Ağ Evdə çıxışı zamanı bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More